İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

Digər ölkələr
  • 14 sentyabr, 2026
  • 21:37
İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədəki "Great North Run" yarımarafonunun 25 yaşlı iki iştirakçısı qaçış zamanı vəziyyətləri pisləşdikdən sonra ölüblər.

"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı təşkilatçılara istinadən məlumat yayıb.

Bildirilib ki, tibb işçiləri atletlərə bütün lazımi yardımı göstəriblər, lakin onları xilas etmək mümkün olmayıb. Ölümün dəqiq səbəbləri araşdırılır. Təşkilatçılar vəfat edən idmançıların ailələrinə başsağlığı veriblər.

Qeyd edək ki, Nyukasldan Saut-Şildsə qədər olan marafon sentyabrın 13-də 45-ci dəfə keçirilib. Burada Böyük Britaniyanın baş naziri Endi Börnhem də daxil olmaqla, 63 min nəfər iştirak edib.

Növbəti "Great North Run" qaçışı rəsmi olaraq 2027-ci il sentyabrın 12-nə planlaşdırılıb.