Azərbaycanda sərnişin avtobusu qəzaya düşüb, 10 nəfər xəsarət alıb - FOTO
Hadisə
- 13 yanvar, 2016
- 12:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 yanvar. REPORT.AZ/ Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Qusar-Xudat yolunun 8-ci kilometrliyində qeydə alınıb.
Qusar sakini Zöhrabey Yüzbəyovun idarə etdiyi Qusar-Yuxarı Zeyxur marşrutu ilə hərəkət edən sərnişin avtobusu Xudat sakini Rüfət İlyasovun idarə etdiyi "VAZ-21099" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində mikroavtobusda olan 10 nəfər xəsarət alıb.
Yol qəzasının baş verməsinə səbəb ilkin versiya olaraq yolun buzlu olması göstərilir. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırmalara başlanılıb.
Son xəbərlər
02:17
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Digər ölkələr01:46
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Digər ölkələr01:12
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Region00:53
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Region00:16
Bill Qeyts: Süni intellekt 2027-ci ildə ciddi kibertəhlükələrə səbəb ola bilər
İKT23:52
İran XİN: Omanla razılaşma Hörmüz boğazının dərhal açılması demək deyil
Region23:32
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
Region23:23
Zelenski: Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur
Digər ölkələr23:11