Azərbaycanda qoyun oğurluğu edən şəxslər tutulub
- 26 sentyabr, 2015
- 07:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda 1 ay bundan əvvəl qoyun oğurluğu edən şəxslər tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da Tural Əliyevin həyətindən 6 baş qoyun oğurlayan Samux rayon sakini Turqut Əlizadə, Gəncə şəhər sakinləri Rövşən Musayev, əvvəllər məhkum olunanlar - Ariz Aslanov və Qabil Hüseynov tutulublar.
Digər oxşar hadisə isə Cəlilabadda qeydə alınıb. Belə ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Yadigar Əmirovun həyətindən 3 baş qoyun oğurlayan Uzuntəpə kənd sakinləri Rafət Cəfərov və Əli Yolçiyev tutulublar.