Azərbaycanda mikroavtobus qəzaya düşüb, 12 nəfər yaralanıb - FOTO
Hadisə
- 16 mart, 2016
- 07:58
Bakı. 16 mart. REPORT.AZ/ Bərdə rayonunda mikroavtobus qəzaya düşüb, 12 sərnişin yaralanıb. "Report" xəbər verir ki, hadisə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.
Belə ki, VAZ 21015 markalı avtomobillə Gərənə kənd istiqamətində hərəkətdə olan "Ford" markalı mikroavtobus toqquşub. Nəticədə mikroavtobusda olan 16 nəfər sərnişindən 12 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb. Hadisəyə səbəb ilkin versiya kimi VAZ 21015 markalı avtomobilin dönmə əməliyyatı zamanı yol hərəkəti qaydalarını pozaraq mikroavtobusun hərəkət zolağına çıxması göstərlib.
Son xəbərlər
06:03
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Energetika05:34
ABŞ 60 ölkəyə qarşı əlavə rüsumlar tətbiq edir
Digər ölkələr05:08
İranın bəzi şəhərləri ABŞ-nin hava hücumuna məruz qalıb
Region04:31
Tramp: Ticarət gəmilərinə dəyən zərər dondurulmuş İran aktivləri hesabına ödəniləcək
Digər ölkələr04:02
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
Xarici siyasət03:44
Şanlıurfada avtomobil dərəyə aşıb, sərnişinlər ölüb
Region03:15
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
Digər ölkələr02:48
SEPAH: ABŞ-nin "Tomahawk" raketi məhv edilib
Region02:20