Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı FETÖ üzvü olmaqda təqsirləndirilir

Hadisə
  • 11 iyun, 2018
  • 07:33
Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı FETÖ üzvü olmaqda təqsirləndirilir

Bakı. 11 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan İsa Özdəmirin öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə İ.Özdəmirin vəkili müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət verib.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses iyunun 21-nə təyin olunub.

Qeyd edək ki, İsa Özmedir Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilir. O, 1993-cü ildən Azərbaycanda yaşayıb. Lakin Türkiyə tərəfi onun barəsində axtarış elan edib. O, Bakıda saxlanılıb. Türkiyə tərəfini onun ölkəsinə təhvil verilməsini tələb edib.