Azərbaycanda gömrükdən gizlədilən xeyli miqdarda siqaret aşkarlanıb
Hadisə
- 06 sentyabr, 2018
- 09:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 sentyabr. REPORT.AZ/ Daxil olan əməliyyat məlumatı əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 211099” markalı avtomobil “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda - hər iki qabaq oturacağın içərisində və yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 2600 ədəd “Marlboro” və 1000 ədəd “Parliament” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:46
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Digər ölkələr01:12
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Region00:53
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Region00:16
Bill Qeyts: Süni intellekt 2027-ci ildə ciddi kibertəhlükələrə səbəb ola bilər
İKT23:52
İran XİN: Omanla razılaşma Hörmüz boğazının dərhal açılması demək deyil
Region23:32
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
Region23:23
Zelenski: Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur
Digər ölkələr23:11
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
Digər ölkələr22:57