Azərbaycanda gömrük nəzarətindən gizlədilən 8 ədəd mobil telefon aşkar edilib

Hadisə
  • 14 fevral, 2017
  • 08:44
Azərbaycanda gömrük nəzarətindən gizlədilən 8 ədəd mobil telefon aşkar edilib

Bakı. 14 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının üzərində gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan bildirilib.

Məlumata görə, baxış zamanı 4 ədəd "Samsung Galaxy J5", 3 ədəd "Samsung Galaxy J2 prime", 1 ədəd "Samsung Galaxy J7" markalı mobil telefonlar və 7 ədəd mobil telefon qutusu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə