Azərbaycanda daha bir sabiq məhkəmə hakimi vəfat etdi
Hadisə
- 27 iyun, 2020
- 20:25
Müseyib Hüseynov
Bakı Apellyasiya Məhkəməsinin sabiq hakimi Müseyib Hüseynov vəfat edib.
Bu barədə “Report”a vəkil Orxan Kəngərli məlumat verib.
Onun sözlərinə görə, mərhum iyunun 28-də dəfn ediləcək.
M.Hüseynov onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərib.
Xatırladaq ki, M.Hüseynov son 15 gündə Bakı Apellyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimi olub.
Son xəbərlər
17:10
Gənclər və İdman Nazirliyinin 32-ci ildönümünə həsr olunmuş konkur üzrə turnir keçirilir
Fərdi17:04
Pezeşkian: ABŞ ilə razılaşmada kapitulyasiyaya işarə edən bircə bənd belə yoxdur
Region16:52
Azərbaycan Yunanıstana neft ixracından qazancını 42 %-ə yaxın artırıb
Energetika16:52
Kosinyak-Kamış: Polşa Rusiya və Belarusla bütün sərhəd-keçid məntəqələrini bağlamağa hazırdır
Digər ölkələr16:46
MÜTDA: Məktəbli formasına görə valideynlərin hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir
Elm və təhsil16:37
Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib
Maliyyə16:31
Azərbaycan ağırlıqqaldıranı Məhəmməd Rüstəmli Avropa birinciliyində 3 medal qazanıb
Fərdi16:20
Foto
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
Fərdi16:16
Foto