Azərbaycanda beş ay əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb
Hadisə
- 06 fevral, 2016
- 09:19
Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanda beş ay əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış tədbirlərlə qətlə yetirilənin Kürdəmir rayon sakini Xanlar Nadirov olması müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüsal Mirzəyev və Kürdəmir rayon sakini Vüsal Qədiyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.
Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
15:23
"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib
Futbol15:23
Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək
İnfrastruktur15:22
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 330-u ötüb - YENİLƏNİB-4
Digər ölkələr15:22
Bakıda Tiflisə uçan sərnişində kokain aşkar edilib
Biznes15:21
Paşinyan güc strukturlarında informasiya sızmasının qarşısının alınmasını tapşırıb
Region15:11
Avropa İttifaqı və Qrenlandiya birgə bəyannamə imzalayacaq
Digər ölkələr15:08
Təhsil Tələbə Krediti Müqaviləsi "SİMA İmza" ilə tam rəqəmsal!
İKT14:54
Foto
Adil Kərimli Laçında vətəndaşların müraciətlərini dinləyib
Daxili siyasət14:46