Azərbaycana gətirilən avtomobilin ban nömrəsinin saxtalaşdırıldığı üzə çıxıb

Hadisə
  • 03 aprel, 2018
  • 07:39
Azərbaycana gətirilən avtomobilin ban nömrəsinin saxtalaşdırıldığı üzə çıxıb
Customs.gov.az

Bakı. 3 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gətirilən, ölkə vətəndaşının idarə etdiyi, 2015-ci ildə istehsal olunan "Lexus ES250" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

"Report" DGK-ya istinadən xəbər verir ki, müvafiq qaydada yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.