Azərbaycan vətəndaşının daxili orqanında 4 büküm heroin aşkar edilib

Hadisə
  • 07 avqust, 2018
  • 08:15
Azərbaycan vətəndaşının daxili orqanında 4 büküm heroin aşkar edilib

Bakı. 7 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" DGK-ya istinadən xəbər verir ki, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 177,834 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.