Azərbaycan sərhədini pozmaq istəyən Hindistan və Pakistan vətəndaşları saxlanılıblar

Hadisə
  • 02 may, 2018
  • 06:01
Azərbaycan sərhədini pozmaq istəyən Hindistan və Pakistan vətəndaşları saxlanılıblar
dsx.gov.az

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən 4 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

Bu barədə "Report"a DSX-dan mətbuat mərkəzindən məlumat verilib.

Hadisə Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsinin xid­məti ərazisindəqeydə alınıb. Həmin tarixdə Ağstafa rayonunun Sa­dıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində döv­lət sər­hə­dini pozarkən 4 sərhəd pozucusu saxlanılıb.

Araşdırma zamanı Azərbaycan Respublikasından Gürcüstan isti­qamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Hin­dis­tan vətəndaşları – 1995-ci il təvəllüdlü Dhak Mazara, 1993-cü il təvəl­lüdlü Singh Sukhdeep və Pakistan vətəndaşları – 1969-cu il təvəllüdlü İmtiaz Muhammed, 2002-ci il təvəllüdlü Həsən Əli olması müəyyən edilib. Sərhəd pozucularının üzərinə baxış zamanı 2 ədəd mobil telefon, 4 ədəd pasport, 2 ədəd simkart, 3 ədəd kredit kartı, 500 avro, 357 ABŞ dolları, 63 Azərbaycan manatı, 5190 Pa­kistan rupisi aşkar olunub.

Araşdırma zamanı saxlanılmış sərhəd pozucularının Azərbaycan Respublikası ərazisinə rəsmi qaydada daxil olmaları, Avropa ölkələ­ri­nə getmək məqsədilə dövlət sərhədini poz­­araq Gürcüstan ərazisinə keç­məyə cəhd göstərmələri müəyyən edil­ib.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.