Azərbaycan gömrükçüləri yanacaq çənində siqaret keçirilməsinin qarşısını alıblar

Hadisə
  • 20 may, 2019
  • 07:41
Azərbaycan gömrükçüləri yanacaq çənində siqaret keçirilməsinin qarşısını alıblar

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerdən 5 760 ədəd "King" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.