Azərbaycan gömrükçüləri sərnişinin gizlətdiyi narkotik vasitəni xidməti itin tətbiqi ilə aşkara çıxarıb

Hadisə
  • 22 iyun, 2017
  • 06:07
Azərbaycan gömrükçüləri sərnişinin gizlətdiyi narkotik vasitəni xidməti itin tətbiqi ilə aşkara çıxarıb
Report.az

Bakı. 22 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn qonşu ölkə vətəndaşının idarə etdiyi "Scania" markalı, 74B260-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, baxış zamanı xidməti it avtobusun sərnişin oturacaqlarından birinə reaksiya verib. Nəticədə, həmin oturacağın sol kənar tərəfində - oturacağın üzlüyünün kəsilərək içərisinə yerləşdirilmiş halda xalis çəkisi 202,306 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Daha sonra, aşkar olunan narkotik vasitənin "Scania" markalı, 74B260-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda sərnişin qismində gələn Azərbaycan vətəndaşı Abdullayev Rəfayel Əli oğluna məxsus olduğu müəyyən edilib. Həmin şəxs saxlanılaraq sorğu-sual olunduqda, aşkar edilən narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.