Azərbaycan gömrükçüləri narkotik vasitələr aşkar ediblər
Hadisə
- 06 dekabr, 2016
- 12:49
Bakı. 6 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərində şəxsi yoxlama zamanı ondan narkotik vasitələr aşkar ediblər.
Bu barədə “Report”a DGK-dan bildirilib.
Məlumata görə, öncə vətəndaşın corabında bir ədəd bükümdə xalis çəkisi 17,675 qram olan heroin, sonra isə çantasının cibində 3 ədəd həb şəklində “Metadone” adlı dərman preparatı aşkarlanıb.
Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:51
"AzerGold"un ixrac gəlirləri 31 %-dən çox artıb
Sənaye16:46
"Qarabağ" yoxlama oyununda Ukraynanın "Xarkov" komandasına uduzub
Futbol16:44
Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib
Xarici siyasət16:41
Əli Əsədov BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi ilə görüşüb
Xarici siyasət16:36
Antverpendə binada baş verən yanğın nəticəsində 6 nəfər ölüb
Digər ölkələr16:34
İran və ABŞ dondurulmuş aktivlərdən Tehrana 3 milyard dolların ayrılması barədə ilkin razılığa gəlib
Digər ölkələr16:29
Azərbaycan və Qazaxıstan miqrasiya sahəsində əməkdaşlığı gücləndirəcək
Region16:27
Milli Paralimpiya Komitəsində parabadmintonçularla görüş keçirilib
Fərdi16:22