Azərbaycan gömrükçüləri mobil telefonlar müsadirə ediblər

Hadisə
  • 03 avqust, 2018
  • 08:05
Azərbaycan gömrükçüləri mobil telefonlar müsadirə ediblər

Bakı. 3 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Samur" gömrük postunda Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Astra" markalı avtomobilə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ön şüşəsilənlərinin alt hissəsindəki boşluqda, qutuları və aksesuarları ("qulaqcıq"lar, adapterlər) ilə birlikdə 2 ədəd "Samsung Galaxy A3" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.