Azərbaycan daha bir şəxsi “İnterpol” xətti ilə axtarışa verib - FOTO

Hadisə
  • 17 noyabr, 2016
  • 10:15
Azərbaycan daha bir şəxsi “İnterpol” xətti ilə axtarışa verib - FOTO

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası (AR) daha bir şəxsi “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib.

“Report”un xəbərinə görə, Rasim Quliyev adlı şəxs AR Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.

1991-ci il təvəllüdlü R.Quliyev Lənkəran rayonunun Havzava kəndində anadan olub. O, Azərbaycan vətəndaşıdır, Azərbaycan və rus dillərini bilir.

44 - Tezliklə