Astarada avtomobil dərəyə aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB-2

Hadisə
  • 06 aprel, 2019
  • 11:36
Astarada avtomobil dərəyə aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB-2

Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, rayonunun Tüləgivan kənd sakini Ədalət Mirəli oğlu Şəkərov yağışlı hava şəraitində yolun sürüşkən olması səbəbindən idarəetməni itirib. Onun idarə etdiyi UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və avtomobildə olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya aparılarkən sürücü Ə.Şəkərov yolda keçinib. 

Onun meyiti müayinə olunmaq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 


*** 14:28

Astara rayonunun Pəlikəş kəndində "Ağ körpü" adlanan ərazidə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Tüləgivan kənd sakini, 1980-ci il təvəllüdlü Müqəddəs Ələsgər oğlu Eyvazov və 1985-ci il təvəllüdlü Ceyhun Sultan oğlu Gülməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

İlkin məlumatlara görə hadisə zamanı avtomobilin sürücüsü xəıstəxanaya aparılarkən yolda keçinib. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 12:11

Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Pəlikəş kəndi ərazisində qeydə alınıb.

Belə ki, "UAZ" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.