Anapada ödəmə terminalı oğurlayan azərbaycanlı mühakimə olunacaq
Hadisə
- 07 oktyabr, 2015
- 03:43
Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiyanın Anapa şəhərində əlbir olduğu şəxslərlə birgə satıcının gözü qarşısında ödəmə terminalını mağazadan aparan azərbaycanlının cinayət işinin istintaqı başa çatıb.
"Report" xəbər verir ki, bu barədə Anapa Rayonlararası Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilir.
İstintaqın fərziyyəsinə görə, iyulun 13-də üç azərbaycanlı "Ərzaq" mağazasına daxil olaraq, satıcının gözü qarşısında "POS-12" ödəmə terminalını oğurlayıb.
Terminalın dəyəri 112 min rubl olub. Onun içində 47,5 min rublun olduğu bildirilir. Terminal sahibinə 159.5 min rubl məbləğində ziyan dəyib.
Araşdırma zamanı şübhəli şəxslərdən biri Moskvada saxlanılıb. Hazırda ona qarşı qaldırılan cinayət işi məhkəməyə göndərilib.
Son xəbərlər
14:46
Azərbaycan və Çili iqtisadi-ticarət əlaqələrinin inkişafını müzakirə edib
Biznes14:45
Ağ Evin modernləşdirilməsi üçün 900 milyon dollarlıq layihə hazırlanıb
Digər ölkələr14:43
UEFA Konfrans Liqası: Kiyev "Dinamo"su "Qarabağ"la Bakıdakı oyunda dəstəksiz qalmayacaq
Futbol14:38
Kiyevə kütləvi dron hücumları başlayıb
Digər ölkələr14:35
Liviyada Zaviyaya hücumlar səbəbindən genişmiqyaslı elektrik kəsintisi riski var
Digər ölkələr14:28
Azərbaycanın inşaat şirkətinin xalis mənfəəti 42 %-ə yaxın azalıb
Biznes14:17
"Nar" ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
İKT14:15
Qazaxıstan Xəzər dənizinin monitorinqi üçün 2,36 milyon dollar ayırıb
Region14:10