Liviyada Zaviyaya hücumlar səbəbindən genişmiqyaslı elektrik kəsintisi riski var

Digər ölkələr
  • 12 avqust, 2026
  • 14:35
Liviyada Zaviyaya hücumlar səbəbindən genişmiqyaslı elektrik kəsintisi riski var

Liviyanın Baş Elektrik Şirkəti Zaviyanın cənub yarımstansiyasına edilən hücumun şəhərin cənub hissəsinin böyük rayonlarında elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Facebook"da dərc edilmiş bəyanatda qeyd olunub.

Məlumata görə, 30/11 kV gücündə olan yarımstansiya hücuma məruz qalıb, bundan sonra tamamilə yanıb və sıradan çıxıb. Nəticədə Zaviyanın cənub rayonlarının böyük hissəsi elektriksiz qalıb.

Şirkət xəbərdarlıq edib ki, elektrik şəbəkəsinin obyektlərinə və komponentlərinə davam edən hücumlar milli enerji sisteminin sabitliyi üçün ciddi risklər yaradır.

Şirkətin məlumatına görə, əlavə yarımstansiyaların, elektrik ötürmə xətlərinin və digər enerji infrastrukturunun zədələnməsi genişmiqyaslı fasilələrə, hətta elektrik şəbəkəsinin qismən və ya tamamilə sıradan çıxmasına gətirib çıxara bilər.