AMEA-nın qadın əməkdaşının məhkəməsində prokuror çıxış üçün vaxt istəyib

Hadisə
  • 14 aprel, 2017
  • 07:40
AMEA-nın qadın əməkdaşının məhkəməsində prokuror çıxış üçün vaxt istəyib

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses aprelin 21-nə təyin edilib.

Qeyd edək ki, 1973-cü il təvəllüldü A.Cahangirova iki nəfərə qarşı dələduzluqda təqsirli bilinir. O, həmin şəxsləri nəşriyyat işi görmək üçün aldadaraq, onlardan pul alıb. Zərərçəkmişlərdən biri 70 min manat, digəri isə 18 min manatı iş qurmaq adı ilə A.Cahangirovaya verdiyini bildiriblər.

A.Cahangirova əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dizayner vəzifəsində çalışıb. O, həbs edilməmişdən əvvəl AMEA-dan öz ərizəsi ilə işdən çıxarıldığını deyib.

44 - Tezliklə