Ağsuda sərxoş vəziyyətdə yıxılan kişi dünyasını dəyişib

Hadisə
  • 15 dekabr, 2014
  • 10:11
Ağsuda sərxoş vəziyyətdə yıxılan kişi dünyasını dəyişib

Bakı. 15 dekabr. REPORT.AZ/ Ağsu şəhərində sərxoş vəziyyətdə yıxılan kişi dünyasını dəyişib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən istirahət parkında şəhər sakini İlham Həsənov sərxoş vəziyyətdə yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən İ.Həsənov dekabrın 14-də ölüb.