Cevdet Yılmaz: Türkiyə və Pakistan münasibətləri getdikcə daha çox əhəmiyyət qazanır

Region
  • 14 avqust, 2026
  • 02:09
Cevdet Yılmaz: Türkiyə və Pakistan münasibətləri getdikcə daha çox əhəmiyyət qazanır

Türkiyə və Pakistan münasibətlərinin regional miqyası getdikcə daha çox əhəmiyyət qazanır.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Ankarada Pakistanın Müstəqillik Günü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zamanı deyib.

C. Yılmaz Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan birgə müdafiə haqqında Məkkə sazişinin əhəmiyyətinə də toxunub.

"Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış birgə müdafiə sazişi - Məkkə sazişi bu baxımdan yalnız üç ölkə arasındakı müdafiə əməkdaşlığının inkişaf etdirilməsinə yönəlmiş bir tənzimləmə deyil. Bu saziş üç qardaş ölkənin ortaq təhlükəsizlik anlayışını, həmrəylik iradəsini, regional sülh və sabitliyi qoruma qətiyyətini nümayiş etdirən son dərəcə mühüm, tarixi addımdır", - vitse-prezident deyib.

O, Türkiyənin Pakistanla bütün sahələrdə əlaqələrini daha da gücləndirməyə davam edəcəyini qeyd edib.

44 filmi