Ağsu sakinlərindən Kürdəmirdə 4 ov tüfəngi götürülüb

Hadisə
  • 01 fevral, 2019
  • 08:11
Ağsu sakinlərindən Kürdəmirdə 4 ov tüfəngi götürülüb

Bakı. 1 fevral. REPORT.AZ/ Kürdəmir rayonunda 4 ov tüfəngi götürülüb. 

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Kürdəmir rayon Polis şöbəsi əməkdaşlarının Sığırlı kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağsu rayon sakinləri X.Məmmədov, F.Şahbazov, K.Cabbarov, P.Gülmalıyev saxlanılıblar. Onlardan 4 ədəd ov tüfəngi götürülüb.

Araşdırma aparılır.