Ağstafada üç bacı dəm qazından zəhərlənib
Hadisə
- 05 yanvar, 2023
- 05:04
Ağstafada üç bacı dəm qazından zəhərlənib.
"Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakinləri olan bacılar - Məmmədova Nərmin Rasim qızı, Məmmədova Zeynəb Rasim qızı və Məmmədli Fatimə Rasim qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
05:25
Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
Digər ölkələr04:59
Adam Telle ABŞ-nin ordu nazirinin səlahiyyətlərini icra edəcək
Digər ölkələr04:25
Tramp: Kütləvi miqrant axını səbəbindən İspaniyanı dağılma təhlükəsi gözləyir
Digər ölkələr03:47
Hindistan raketi Yerin məsafədən zondlanması peykini orbitə çıxarıb
Digər ölkələr03:21
Kats: İsrail hücum halında İranın enerji infrastrukturuna zərbə endirəcək
Digər ölkələr02:58
"Bloomberg": BVF Venesuelada nümayəndəlik açmaq imkanını nəzərdən keçirir
Digər ölkələr02:26
FIFA UEFA-nı böhtan kampaniyasında ittiham edib
Futbol01:44
Astanada türk dünyasının ortaq gələcəyinə dair müzakirə təşkil olunacaq
Region01:07