Ağstafada evə basqın olub, qadın qətlə yetirilib, qızı bıçaqlanıb
Hadisə
- 27 sentyabr, 2020
- 01:26
Ağstafa rayonunda evə basqın olub.
"Report"un Qərb Mərkəzi xəbər verir ki, hadisə rayonun Müseyib Allahverdiyev küçəsində yerləşən evlərdən birində baş verib.
İlkin məlumata görə, evə qarət məqsədi ilə basqın edilib. Basqın zamanı evdə yaşayan Tatyana Məmmədova yastıqla boğularaq öldürülüb, onun qızı Yelizaveta Rüstəm qızı Məmmədovaya isə bıçaqla xəsarət yetirilib.
Qeyd edək ki, hadisə zamanı T.Məmmədovanın azyaşlı nəvəsi Ulyana Məmmədova da evdə olub. Lakin azyaşlıya hər hansı xəsarət yetirilməyib.
Zərərçəkən Yelizaveta Məmmədovanın sözlərinə görə, onların evinə qarət məqsədilə basqın edilib və hadisə həmin şəxslər tərəfindən törədilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
04:09
Oman sahillərində sanksiyalı neft tankeri batır, 800 kv.km ərazi çirklənib
Digər ölkələr03:46
Tramp Uill Şarfı Ağ Evinin hüquq müşaviri təyin edib
Digər ölkələr03:14
Mask Texasda dünyanın ən böyük çip zavodunu quracaq
İKT02:43
ABŞ İranın blokadasından sonra 55 ticarət gəmisini yönləndirib
Digər ölkələr02:12
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
Digər ölkələr01:37
Britaniya Aİ ilə xidmətlər sahəsində əməkdaşlığı dərinləşdirəcək
Digər ölkələr01:02
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Digər ölkələr00:21
Foto
Video
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
Hadisə00:13