Ağstafada ahıl kişi özünü 5-ci mərtəbədən ataraq intihar edib

Hadisə
  • 19 fevral, 2018
  • 05:35
Ağstafada ahıl kişi özünü 5-ci mərtəbədən ataraq intihar edib

Ağstafa. 19 fevral. REPORT.AZ/ Ağstafa rayonunda 74 yaşlı kişi özünü 5-ci mərtəbədən ataraq intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1944-cu il təvəllüdlü Rauf Fikrət oğlu Niyazov kirayə yaşadığı binanın 5-ci mərtəbəsinə çıxaraq özünü atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə