Ağstafada 55 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Hadisə
  • 18 mart, 2023
  • 23:29
Ağstafada 55 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Ağstafa rayonunda 55 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Əsgərov Müşfiq Kamil oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə