Ağstafa sakini istəmədiyi oğlana ərə getməmək üçün intihara cəhd edib

Hadisə
  • 03 avqust, 2018
  • 19:15
Ağstafa sakini istəmədiyi oğlana ərə getməmək üçün intihara cəhd edib

Ağstafa. 3 avqust. REPORT.AZ/ Ağstafa rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1997-ci il təvəllüdlü Qıraq Kəsəmən kənd sakini A.Məmmədova dərman içərək özünü öldürməyə cəhd edib.

Zərərçəkmiş yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib və vəziyyəti orta-ağırdır.

Qızın valideynləri onu sevmədiyi oğlana nişanlamaq istədikləri üçün intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.