Ağstafa sakini həmyerlisinə atəş açıb

Hadisə
  • 18 iyul, 2016
  • 09:15
Ağstafa sakini həmyerlisinə atəş açıb

Bakı. 18 iyul. REPORT.AZ/ Ağstafa rayonunda silahlı insident baş verib. 

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 17-də Ağstafa rayonunun Eynallı kəndində kənd sakini Tuqay Cəfərov sərxoş halda münaqişə zəminində tüfəngdən həmkəndlisi Şükür Şükürovun başının üzərindən havaya 2 dəfə atəş açıb. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları T.Cəfərovdan müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.