Ağdaşda 50 yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib

Hadisə
  • 23 dekabr, 2017
  • 18:49
Ağdaşda 50 yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib
Report

Ağdaş. 23 dekabr. REPORT.AZ/ Ağdaş rayonunda 50 yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

"Report"un yerli bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü Yevlax rayon Qaraoğlan kənd sakini Bəkirov Qara Damət oğluna həkimlər tərəfindən tibbi yardım göstərilib və o, Reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimallara görə, Q.Bəkirov avtomobil tərəfindən vurularaq yaralanıb.

Fakt polis tərəfindən araşdırılır.