Ağcabədidə toy kaseti oğurlanıb, bəy-gəlin şəkili üzərinə bıçaq qoyulub - FOTO

Hadisə
  • 12 sentyabr, 2015
  • 17:48
Ağcabədidə toy kaseti oğurlanıb, bəy-gəlin şəkili üzərinə bıçaq qoyulub - FOTO

Bakı. 12 sentyabr. REPORT.AZ/ Ağcabədi rayonunda qəribə oğurluq hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayonun Taxtakörpü qəsəbəsində salınmış Laçın obalarının Qarakeçdi yatağında 2 ev yarılıb.

Laçın məcburi köçkünü Gülbikə Verdiyeva yaylaqdan qayıdarkən qapının qırıldığını və evdən bəzi əşyaların aparıldığını bildirib. Onun sözlərinə görə, həmçinin oğlunun toy kaseti oğurlanıb, mənzilin girişinə 2 qədəh, bəy və gəlinin şəkili üzərinə isə bıçaq qoyulub.

O, oğruların qonşuluqda yaşayan Bəyoğlan Verdiyevin də evini yardıqları bildirib.

Faktla bağlı Laçın rayon Polis şöbəsində istintaq qrupu yaradılıb, təhqiqat aparılır.