Ağcabədidə avtomobil qəzasında xəsarət alanlardan ikisi Reanimasiya şöbəsinə yerləşdirilib - YENİLƏNİB

Hadisə
  • 05 iyun, 2026
  • 17:40
Ağcabədidə avtomobil qəzasında xəsarət alanlardan ikisi Reanimasiya şöbəsinə yerləşdirilib - YENİLƏNİB

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı altıya çatıb.

Bu barədə "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərdən iki nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Digər dörd nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Ağcabədi rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi prospektində qeydə alınıb.

Cavid Əfqanlının idarə etdiyi "VAZ-2106" və Elvin Əliyevin idarə etdiyi "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, həmçinin "VAZ-2106"da olan 3 yaşlı uşaq ağır xəsarətlər alıb. Onlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.