Göygöl rayonunda Zəfər Günü qeyd olunub

Daxili siyasət
  • 08 noyabr, 2026
  • 16:21
Göygöl rayonunda Zəfər Günü qeyd olunub

Göygöl rayonunda 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Ordunun qəhrəmanlığından, qazanılan tarixi Zəfərin ölkəmizin taleyindəki mühüm əhəmiyyətindən bəhs ediblər.

Tədbirin bədii hissəsində Zəfər Gününə həsr olunan konsert proqramı təqdim olunub.