Aeroport şosesində gənc qızı avtomobil vuraraq öldürüb
Hadisə
- 03 avqust, 2018
- 02:32
Bakı. 3 avqust. REPORT.AZ/ Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb.
"Report"un xəbərinə görə, hadisə magistral şosenin piyadaların istifadəsi üçün nəzərdə tutulmayan hissəsində baş verib.
26 yaşlı Ağayeva Vüsalə Nazim qızı yol qovşağının altından digər tərəfə keçmək istəyərkən onu naməlum markalı avtomobil vurub.
Ağır xəsarət alan V.Ağayeva hadisə şahidlərinin köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəstəxanadan "Report"a verilən məlumata görə, piyada aqonal vəziyyətdə qəbul edilib. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Hazırda hadisənin hansı şəraitdə baş verməsi, qəzanı kimin törətdiyi araşdırılır.
Son xəbərlər
17:32
Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib
Daxili siyasət17:30
Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb
Digər ölkələr17:26
Rövşən Hüseynli: "Millinin tarixində Kukseviçin dönəmindəki qədər böyükhesablı məğlubiyyətlər olmayıb"
Futbol17:25
CPC: Orta Dəhlizlə yükdaşımaların ümumi həcmi 2021-ci illə müqayisədə 9 dəfə artıb
İnfrastruktur17:19
"Samsung" son 2 ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 10 %-dən çoxunu itirib
İKT17:15
Gömrük nəzarətindən yayındırılan 232 min manatlıq məhsullar aşkar olunub
Biznes17:10
Foto
Gürcüstan və Türkiyə DİN-ləri cinayətkarlığa qarşı birgə mübarizəni müzakirə ediblər - YENİLƏNİB
Region17:06
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
Fərdi17:05
Foto