Abşeronda şadlıq sarayının yaxınlığında avtomobil piyadanı vuraraq öldürüb

Hadisə
  • 01 noyabr, 2022
  • 05:27
Abşeronda şadlıq sarayının yaxınlığında avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda şadlıq sarayının yaxınlığında avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə oktyabrın 30-u saat 21:30 radələrində rayonun Mehdiabad qəsəbəsi, "Töhfə" şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Orucov Samir Saleh oğlu idarə etdiyi "Nissan" markalı, 77-GA-950 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu qarşıdan-qarşıya keçmək istəyən piyada, 1974-cü il təvəllüdlü Allahverdiyev İman Sabir oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

44 - Tezliklə