"Abşeron" gənclər şəhərciyində 26 yaşlı oğlana 12 bıçaq zərbəsi vurulub

Hadisə
  • 16 dekabr, 2017
  • 02:18
Abşeron gənclər şəhərciyində 26 yaşlı oğlana 12 bıçaq zərbəsi vurulub

Bakı. 16 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1991-ci il təvəllüdlü Bəhrəmov Elmir Mehrac oğlu "Abşeron" gənclər şəhərciyi ərazisində tanışı ilə mübahisə edib.

Bu zamanı oğlana 12 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

44 - Tezliklə