45 yaşlı Gəncə sakini evində ölü tapılıb
Hadisə
- 06 mart, 2015
- 18:01
Bakı. 6 mart. REPORT.AZ/ Axşam saatlarında Gəncənin Kəpəz rayonunda vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə” daxil olmuş məlumata əsasən, FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən 1970-ci il təvəllüdlü Mahmudov Elman Hüseynbala oğlunun cəsədi aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.
Son xəbərlər
17:51
"Nyukasl" Matias Fernandes-Pardonun transferi üçün danışıqlara başlayıb
Futbol17:46
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
Maliyyə17:45
Hikmət Hacıyev Ukraynanın III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edilib
Xarici siyasət17:44
Ərdoğan braziliyalı həmkarı ilə regional və qlobal prosesləri müzakirə edib
Region17:35
"Lombard" kreditinə illik 10 %-dək endirim - ŞƏRTLƏR
Maliyyə17:32
"Mançester Siti"nin futbolçusu Niko Qonsales "Nyukasl"a keçir
Futbol17:22
Azərbaycanda viski istehsalı 36 % azalıb
Biznes17:20
Foto
Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini izləyiblər
Xarici siyasət17:06