"Nyukasl" Matias Fernandes-Pardonun transferi üçün danışıqlara başlayıb
- 24 avqust, 2026
- 17:51
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Nyukasl" klubu Fransanın "Lill" komandasının 21 yaşlı vingeri Matias Fernandes-Pardonun transferi ilə bağlı danışıqlara başlayıb.
"Report" "LEquipe"ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi belçikalı futbolçu üçün bonuslar nəzərə alınmadan 40 milyon avro təklif edib.
Əvvəllər İspaniya "Atletiko"su da oyunçuya maraq göstərsə də, 5 milyon avro daha az məbləğ təklif etmişdi.
Fransa klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulan gənc oyunçu komandanı tərk etmək istəyir. "Lill"in prezidenti Olivye Letanq əvəzləyici tapmadan hücumçunu buraxmaq niyyətində deyil. Lakin "Nyukasl"ın təklifi Fransa təmsilçisinin mövqeyini dəyişə bilər.
Qeyd edək ki, Matias Fernandes-Pardo ötən mövsüm meydana çıxdığı 41 matçda 8 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.