"Zirə" və "Araz-Naxçıvan" klublarının potensial rəqiblərinin sayı azalıb

Futbol
  • 18 iyun, 2025
  • 11:40
Zirə və Araz-Naxçıvan klublarının potensial rəqiblərinin sayı azalıb

"Zirə" və "Araz-Naxçıvan" klublarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

"Report" xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə 16:00-da başlayacaq tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb.

Həm "Zirə", həm də Naxçıvan təmsilçisi səpələnməmişlər sırasında yer alıb. Üçüncü qrupda qərarlaşan Bakı klubunun potensial rəqibləri "Hayduk" (Xorvatiya), "Maribor" (Sloveniya), AEK (Yunanıstan), "DAK 1904" (Slovakiya) komandalarından biri və ya UEFA Avropa Liqasında baş tutacaq AEK (Larnaka, Yunanıstan) - "Partizan" (Serbiya) cütünün məğlubu olacaq.

Doqquzuncu qrupda yer alan "Araz-Naxçıvan" isə "Başakşehir" (Türkiyə), "Omoniya" (Kipr), "Aris" (Yunanıstan) və "Beytar" (Qüds, İsrail) komandalarından biri ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutacaq "Sabah" - "Sele" (Sloveniya) matçında məğlub olacaq tərəfin potensial rəqibləri arasında "Rapid" (Avstriya), "Yagelloniya" (Polşa), "Universitatya" (Rumıniya) komandaları, həmçinin "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) və "Atletik Eskalades" (Andorra) - "Düdelanj" (Lüksemburq) cütləri yer alıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.

44 filmi