“Zirə” tarixində ilk dəfə ardıcıl iki mövsümdə medala sahib olub
Futbol
- 26 aprel, 2025
- 12:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Zirə” tarixində ilk dəfə ardıcıl iki mövsümdə medala sahib olub.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının daha bir mükafatçısı bəlli olub.
“Qarabağ”ın ardından “Zirə” də “üçlük”də yerini təmin edib.
Buna XXXII turun “Turan Tovuz” – “Şamaxı” oyunu səbəb olub. 1:1 hesablı bərabərlikdən sonra “Zirə” mükafatlardan birini qazanıb. Rəşad Sadıqovun yetirmələrinin 61, 4-cü olan Tovuz təmsilçisinin 49 xalı var və sonuncular qələbə sayında rəqibinə çatmaq imkanını itirib.
Bu, "Zirə"nin Azərbaycan çempionatlarında 4-cü mükafatıdır. Komanda 2015/2016 və 2024/2025 mövsümlərində gümüş, 2022/2023 mövsümündə isə bürünc medalların sahibi olub.
Son xəbərlər
08:15
Foto
Həftənin ilk günü paytaxtın bir sıra yollarında sıxlıq yaranıb
İnfrastruktur08:04
ABŞ Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib
Digər ölkələr07:45
Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb
Hadisə07:25
Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq
Energetika06:59
"Bloomberg": Makronun dövründə Fransa Aİ-nin "ən zəif bəndi"nə çevrilib
Digər ölkələr06:26
"The Times": Böyük Britaniya Çin avtomobillərinə rüsum tətbiq etməyə hazırlaşır
Digər ölkələr05:58
Braziliyada ABŞ-nin prezident seçkilərinə mümkün müdaxiləsi ilə bağlı araşdırmaya başlanılıb
Digər ölkələr05:09
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək vermək niyyətindədir
Digər ölkələr04:57