"Zirə"nin futbolçusunun cəzası azaldılıb, "Sumqayıt"ın şikayəti təmin edilməyib
- 25 noyabr, 2023
- 09:42
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Zirə" klubu tərəfindən verilən şikayət qismən təmin edilib.
Premyer Liqanın XII turunda "Sabah"la matçda qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza ilə üzləşən "qartallar"ın hücumçusu Vladislav Kulaçın diskvalifikasiya müddəti azaldılıb.
Ona 1 matçlıq cəza verilib, digər 3 qarşılaşma isə şərti kimi nəzərə alınıb. Ukraynalı forvarda 3 aylıq sınaq müddəti təyin olunub.
"Sumqayıt"ın şikayəti isə təmin edilməyib. "Neftçi" ilə XIII turun görüşündə etdiyi hərəkətə görə qırmızı vərəqə alan "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasovun 3 oyunluq cəzası və klubun 1000 manat cəriməsi qüvvədə qalıb.