"Zirə" komandasının yay hazırlıq planı bəlli olub

Futbol
  • 21 iyun, 2023
  • 14:07
Zirə komandasının yay hazırlıq planı bəlli olub

"Zirə" komandasının yay hazırlıq planı bəlli olub.

Klubdan "Report"a verilən məlumata görə, iyunun 23-də bir araya gələcək paytaxt təmsilçisi iyulun 17-nə qədər məşqlərini Bakıda keçirəcək.

"Qartallar" hazırlığın birinci mərhələsində 2 yoxlama oyunu keçirəcək.

Komanda iyulun 18-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Boluda məskunlaşacaq Bakı klubu orada qaldığı müddətdə üç yoxlama oyunu keçirəcək.