"Zirə" klubunun ev oyunlarını keçirdiyi stadionda süni ot örtüyü sökülüb

Futbol
  • 26 iyun, 2018
  • 12:40
Zirə klubunun ev oyunlarını keçirdiyi stadionda süni ot örtüyü sökülüb

Bakı. 26 iyun. REPORT.AZ/ "Zirə" klubunun ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunda təmir işləri davam edir.

"Report"un klubun Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, artıq stadionda süni ot örtüyü tamamilə sökülüb.

İyulun 1-dən etibarən təbii ot örtüyünün salınması üçün işlər başlanacaq. 

44 - Tezliklə