Azərbaycan klubları Antalyaya təlim-məşq toplanışına yollanmağa başlayıb
Futbol
- 05 yanvar, 2022
- 05:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Zirə" Azərbaycan klubları arasında ilk dəfə qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb.
"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda səhər saatlarında qonşu ölkəyə yola düşüb. Legionerlər məhz orada kollektivə qoşulacaq.
Qeyd edək ki, yanvarın 5-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq "Zirə" 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Paytaxt təmsilçisi yanvarın 13-də Macarıstanın “Peç”, yanvarın 20-də Polşanın “Qurnik”(Leçna), yanvarın 24-də isə Şimali Makedoniyanın “Breqalnitsa” klubları ilə qarşılaşacaq.
Komanda yanvarın 25-də Bakıya qayıdacaq.
Son xəbərlər
22:35
Kolumbiyada mədəndə partlayış baş verib, ölən və itkin düşənlər var
Digər ölkələr
22:06
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
Digər ölkələr
21:59
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Region
21:52
Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir
Digər ölkələr
21:29
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
Digər ölkələr
21:22
Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb
Xarici siyasət
21:16
İslam dövlətləri İsrailin Qəzzadakı xəstəxanaya hücumunu pisləyib
Digər ölkələr
21:09
Pakistanda xüsusi əməliyyatlar zamanı 24 yaraqlı öldürülüb
Digər ölkələr
21:05
Azərbaycan Basketbol Liqasının VII turunda "Sabah" "Neftçi"yə qalib gəlib
Komanda