Azərbaycanın daha bir klubu Türkiyədə hazırlıq keçəcək
Futbol
- 21 dekabr, 2015
- 08:27
Bakı. 21 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasındakı qış fasiləsindən istifadə edən "Zirə" klubu da hazırlığını Türkiyədə keçəcək. Klubdan "Report"a verilən məlumata görə, Adil Şükürovun rəhbərlik etdiyi komanda yanvarın 9-da Antalyaya yollanacaq.
İki həftə ərzində "Zirə" 3 yoxlama görüşü keçirəcək. Sınaqçı rəqiblərin kimliyinə yaxın günlərdə aydınlıq gələcək. Bununla yanaşı, futbolçu Nurlan Novruzovla müqavilə müddətinin uzadılmasına da qərar verilib. Hazırkı anlaşması qışadək olan 22 yaşlı hücumçunun yeni anlaşmasının müddəti hələlik məlum deyil.
Qeyd edək ki, "Qarabağ", "İnter", "Qəbələ" və "Neftçi" komandalarının da qış təlim-məşq toplanışını Türkiyədə keçirəcəkləri dəqiqləşib.
Son xəbərlər
08:44
Foto
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
Daxili siyasət08:43
"Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib
Media08:17
Tokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb
Region08:01
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Daxili siyasət07:55
Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
Digər ölkələr07:14
Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
Digər ölkələr06:43
Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
Digər ölkələr06:20
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
Digər ölkələr05:55