"Zirə" azərbaycanlı futbolçunu Portuqaliya klubundan icarəyə götürüb

Futbol
  • 10 avqust, 2018
  • 13:18
Zirə azərbaycanlı futbolçunu Portuqaliya klubundan icarəyə götürüb

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" klubu heyətinə yeni futbolçu cəlb edib.

“Report” xəbər verir ki, qəsəbə təmsilçisi Budaq Nəsirovla anlaşıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 22 yaşlı Nəsirov Portuqaliyanın "Sportinq" klubundan icarəyə götürülüb. O daha əvvəl “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Sumqayıt”da çıxış edib.