Serbiyalı hücumçu Çempionlar Liqasında yeni nailiyyətə imza atıb

Futbol
  • 23 fevral, 2022
  • 05:29
Serbiyalı hücumçu Çempionlar Liqasında yeni nailiyyətə imza atıb
Duşan Vlahoviç

İtaliyanın "Yuventus" klubunun futbolçusu Duşan Vlahoviç UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.

"Report"un məlumatına görə, 22 yaşlı hücumçu şəxsi uğurunu İspaniyada "Vilyarreal"la 1:1 hesablı heç-heçə etdikləri 1/8 final mərhələsinin ilk oyununda gerçəkləşdirib.

33-cü saniyədə fərqlənən serbiyalı forvard turnirdəki debüt matçında ən erkən ikinci qolun müəllifi kimi tarixə düşüb.

Daha əvvəl ukraynalı Yevgeni Konoplyanka 2015-ci ildə İspaniya "Sevilya"sında çıxış edərkən 84-cü dəqiqədə oyuna çıxdıqdan 19 saniyə sonra topu rəqib qapısından keçirib. Forvard Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandasına 3:0 hesabı ilə qalib gəldikləri I tur görüşündə sonuncu qola imza atıb.

44 - Tezliklə