“Yuventus”un baş məşqçisi qeyri-adi rekorda imza atıb

Futbol
  • 02 yanvar, 2024
  • 10:35
“Yuventus”un baş məşqçisi qeyri-adi rekorda imza atıb

İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Massimiliano Alleqri qeyri-adi rekorda imza atıb.

“Report” xəbər verir ki, təcrübəli mütəxəssis komandasının A Seriyasının XVIII turunda “Roma”nı 1:0 hesabı ilə məğlub etdiyi görüşdə buna nail olub.

Belə ki, Alleqri baş məşqçi kimi çalışdırdığı komandanın 76-cı dəfə İtaliya çempionatında 1:0 hesablı qalibiyyətinə sevinib. O, daha əvvəl “Kalyari” (2008-2010) və “Milan”da (2010-2014) fəaliyyət göstərib.

Qeyd edək ki, “Yuventus” ardıcıl 13 oyundur uduzmur. Turin təmsilçisi hazırda 43 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

44 - Tezliklə