"Yuventus" dünya çempionu ilə yollarını ayıracaq
Futbol
- 11 aprel, 2023
- 06:40
İtaliyanın "Yuventus" klubu mövsümün sonunda Leandro Paredes ilə yollarını ayıracaq.
"Report" xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 29 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu Fransa PSJ-sinə qayıdacaq. Turin təmsilçisi yarımmüdafiəçi üçün satın alma variantını aktivləşdirməmək qərarına gəlib.
Qeyd edək ki, Leandro Paredes cari mövsüm PSJ və "Yuventus"un heyətində 29 oyuna çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb. Argentina millisinin üzvü ötən il Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.
Son xəbərlər
22:00
Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər
Xarici siyasət21:54
Foto
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - YENİLƏNİB
Futbol21:53
ABŞ Serbiya ilə strateji tərəfdaşlığı dərinləşdirmək istəyir
Digər ölkələr21:50
"Politico": ABŞ dizel ixracına 90 günlük qadağa hazırlayır
Digər ölkələr21:44
Video
"Euronews" Azərbaycan musiqisinə həsr olunmuş süjet yayımlayıb
Mədəniyyət siyasəti21:30
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Region21:25
Foto
Azərbaycanın usta cüdoçuları dünya çempionatında çıxışlarını başa vurublar
Komanda21:21
"Kaşif Kozinoğlu işi"ndə saxlanılanların sayı artıb
Digər21:11
Foto